Modern.az

Trampdan telekanala çağırış: aparıcını işdən çıxarın!

Trampdan telekanala çağırış: aparıcını işdən çıxarın!

Dünya

16 Noyabr 2025, 09:18

ABŞ Prezidenti Donald Tramp NBC telekanalını komediyaçı və axşam şousunun aparıcısı Set Meyersi ona ünvanlanan tənqidlərə görə işdən çıxarmağa çağırıb.

 

Modern.az-ın məlumatına görə, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"Meyers istedadsızdır və NBC dərhal onu işdən çıxarmalıdır", – deyə ABŞ lideri qeyd edib. Onun sözlərinə görə, televiziya aparıcısı "Tramp haqqında sağalmaz dərəcədə qeyri-adekvatlıq sindromundan əziyyət çəkir".

 

Tramp əlavə edib ki, 15 noyabr axşamı Meyersin aqressiv vəziyyətdə olduğu müşahidə edilib və o bunu şousunun reytinqlərinin düşməsi ilə əlaqələndirib.

 

Sentyabr ayında isə ABC telekanalının rəhbərliyi konservativ fəal Çarli Kirkın qətli ilə bağlı şərhlərə görə "Jimmy Kimmel Live!" axşam verilişinin efirini qeyri-müəyyən müddətə dayandırmışdı. Məşhur amerikalı komediyaçı Cimmi Kimmel cinayətkarın Tramp tərəfdarlarından biri ola biləcəyini ehtimal etmişdi.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!