Modern.az

Putin-Tramp görüşü təxirə salındı

Putin-Tramp görüşü təxirə salındı

Dünya

16 Noyabr 2025, 13:32

Putin-Tramp görüşü hələlik təxirə salınıb, lakin bu məsələ ilə bağlı təmaslar davam edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov "Rossiya" telekanalına müsahibəsində bildirib.

 

O, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı təmasların davam etdiyini də söyləyib.


Kreml rəsmisi bu ilin avqustunda Rusiya-ABŞ arasında baş tutan Ankoric sammitinin nəticələri Ukrayna tərəfinə çatdırıldığını qeyd edib:

 

"Ankoricdə əldə edilən razılaşmalar sülh yolu ilə həll yoluna nail olmaq üçün yaxşı bir yoldur. Sammitin nəticələri Ukrayna tərəfinə çatdırılıb. Müharibəni son ukraynalıya qədər davam etdirmək istəyənlər Ankoricin nəticələrindən məmnun deyillər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!