Modern.az

Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Dünya

16 Noyabr 2025, 15:35

Almaniya hökuməti qısa müddət ərzində müasir pilotsuz uçuş aparatlarından müdafiəyə 100 milyon avro investisiya qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Bild am Sonntag qəzeti yazır.

 

Nəşrin məlumatına görə, Bundestaqın (Almaniya parlamentinin) büdcə komitəsi PUA-lara qarşı mübarizə planının maliyyələşdirilməsini təsdiqləyib. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bu məqsəd üçün konsepsiyanı Almaniya Federal Polisi ilə birgə hazırlayıb. Tapşırıq pilotsuz aparatları aşkar etmək, ələ keçirmək və məhv etməkdən ibarətdir.

 

Qəzetin yazdığına görə, yeni PUA müdafiə bölməsi (əlavə 130 polis əməkdaşı) dekabr ayında fəaliyyətə başlayacaq. Onların paytaxt ətrafında, böyük hava limanlarında və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən digər obyektlərdə yerləşdirilməsi planlaşdırılır. Helikopterlərin köməyi ilə bölməni ölkə üzrə sürətlə yerləşdirmək mümkün olacaq.

 

Hakimiyyət orqanları, digər avadanlıqlarla yanaşı, siqnalboğucu qurğular və PUA-ları ələ keçirən dronlar almağı planlaşdırır. Plan həmçinin hüquqi səlahiyyətlərin genişləndirilməsini nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!