Türkiyə parlamentinin hakim partiyadan olan deputatı Selman Oğuzhan Eser həyat yoldaşı və uşaqları ilə birlikdə ağır qəzaya düşüb.
Modern.az xəbər verir ki, hadisənin görüntüləri avtomobilin videoqeydiyyat kamerası tərəfindən anbaan lentə alınıb.
Deputat Ankaraya doğru hərəkət edərkən qarşısına qəfil çıxan yük maşını ilə toqquşmadan yayınmaq üçün manevr edib. Bu anda avtomobil idarəetməni itirərək orta zolaqdakı yol nişanına çırpılıb.
Qəza sonrası Selman Oğuzhan Eser, həyat yoldaşı və uşaqları təcili yardımla Konya Şəhər Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu, müayinə olunduqdan sonra evə buraxıldıqları bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.