UFC çempionu Həbib Nurməhəmmədovun komandası erməni döyüşçü Dillon Denisi arenada döyüb.
Modern.az xəbər verir ki, Həbib Nurməhəmmədov və İslam Maxaçev haqda davamlı təhqiramiz sözlərinə görə Həbibin komandası arenada onu tutub və döyüb.
Hücum edənlərdən biri də yaxınlarda UFC ilə müqavilə imzalayan Maqomed Zaynutov olub.
Qeyd edək ki, bu insident səbəbilə onun UFC-dəki gələcəyi sual altına düşə bilər.