Modern.az

Gürcüstanda iki dövlət qurumu ləğv olunur

Gürcüstanda iki dövlət qurumu ləğv olunur

Dünya

17 Noyabr 2025, 13:20

Gürcüstan Fərdi Məlumatların Mühafizəsi Xidməti 2026-cı il martın 2-dən ləğv ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, bu qurumun funksiyaları müstəqil konstitusiya orqanı kimi tam şəkildə Dövlət Audit İdarəsinə veriləcək.

“Müstəqil konstitusiya orqanı kimi Dövlət Audit İdarəsi daha yüksək dərəcədə institusional müstəqilliyə malikdir və bu, beynəlxalq standartlara tam uyğundur”, - deyə Ş.Papuaşvili bildirib.

Bundan əlavə, Biznes Ombudsmanı 2026-cı il yanvarın 1-dən İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləcək.

Papuaşvili bildirib ki, Biznes Ombudsmanın İqtisadiyyat Nazirliyinə verilməsi biznesin ehtiyaclarına daha operativ cavab verilməsini və siyasi səviyyədə daha yaxşı koordinasiyanı təmin edəcək.

Bildirilib ki, ümumilikdə bu dəyişikliklər idarəetmə sisteminin konstitusiya strukturunun təqribi optimallaşdırılması ilə qurulmuş dövlət resursları ilə uyğunlaşdırılmasını təmin edəcək.

Sizə yeni x var
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR