Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Gürcüstanda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yeni açıqlama verib.
Modern.az-ın məlumatlna görə, o bildirib ki, hadisənin səbəbləri tam şəkildə araşdırılacaq və nəticələr ictimaiyyətlə paylaşılacaq.
Ərdoğan qəzada həlak olan 20 hərbçi ilə bağlı dərin kədərini ifadə edərək, bütün prosesin şəffaflıqla aparılacağını vurğulayıb:
“20 canımızı şəhid verdiyimiz bu ağır hadisənin niyə baş verdiyini çox daha net şəkildə görəcəyik və bunu ictimaiyyətlə bölüşəcəyik”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, Gürcüstan və Azərbaycan ilk andan etibarən Türkiyə ilə birgə axtarış-xilasetmə fəaliyyətində iştirak edib. Qısa müddətdə həm şəhidlərin nəşi, həm də təyyarənin “qara qutusu” tapılıb.