Modern.az

Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı

Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı

Dünya

20 Noyabr 2025, 19:10

Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.

 

"Rustem Umerov ölkəyə qayıdıb", - deyə parlamentari yazıb.

 

"Berliner Zeitung" (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə "qaçması" onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə