Modern.az

Rusiya Kupyanskı ƏLƏ KEÇİRDİ

Rusiya Kupyanskı ƏLƏ KEÇİRDİ

Dünya

20 Noyabr 2025, 23:03

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirib.

Modern.as xəbər verir ki, bu barədə Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzə edib.

Qeyd edək ki, Kupyansk Xarkov vilayətində, Oskol çayın sahillərində, Xarkov magistral yolundan 110 kilometr məsafədə yerləşir. Şəhər cəbhənin bu hissəsində Ukrayna müdafiəsinin əsas dayaqlarından biri hesab olunur.

Gerasimov Krasnoarmeyskin 70%-inin, Volçanskın 80%-dən çoxunun nəzarətə götürüldüyünü, qoşunların Severskdə irəlilədiyini, Primorskoye və Stepnoqorskoye uğrunda Zaporojye istiqamətində döyüşlər davam etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə