Modern.az

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi daha bir sınaqdan keçib

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi daha bir sınaqdan keçib

Dünya

21 Noyabr 2025, 09:36

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi olan “Bayraktar Kızılelma” daha bir tarixi sınaqdan keçib.

Modern.az xəbər verir ki, “Daily Sabah”ın məlumatına görə, “Gökdoğan” hava-hava raketindən istifadə edilərək simulyasiya atışları zamanı F-16-ya birbaşa zərbə endirilib.

“Baykar”ın məlumatına görə, şirkətin öz resursları ilə hazırladığı “Bayraktar Kızılelma” döyüş meydanında effektivliyini sübut edəcək daha bir mühüm mərhələni uğurla başa vurub.

Tekirdağın Çorlu bölgəsindəki Akıncı Uçuş Təlimi və Test Mərkəzindən havaya qalxdıqdan sonra pilotsuz döyüş təyyarəsi orta hesabla 15.000 fut yüksəklikdə bir saat 45 dəqiqəlik uçuşu tamamlayaraq, F-16 qırıcı təyyarələri ilə yaxın döyüşə girib, milli radar və sursatlarının inteqrasiyasını sınaqdan keçirib.

Şirkətin məlumatına görə, bu uçuş “Bayraktar Kızılelma”nın sınaq zamanı ümumi uçuş müddətini 55 saatdan çoxa çatdırıb. Şirkətdən bildirilib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı “Bayraktar Kızılelma” iklə silahlı uçuşda və radar əməliyyat sınaqlarında iştirak edib.

F-16-lardan biri “Kızılelma” ilə yaxın düzülüş uçuşu həyata keçirərək platformanın pilotlu qırıcılarla uyğunluğunu nümayiş etdirib, digər F-16 isə sınaq ssenarisində hədəf təyyarəsi kimi xidmət edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə