Modern.az

Qazaxıstan Zəngəzur dəhlizində iştirak etmək istəyir

Qazaxıstan Zəngəzur dəhlizində iştirak etmək istəyir

Dünya

21 Noyabr 2025, 14:20

Qazaxıstanın taxılının ilk partiyası Ermənistana çatdırılıb. Məhdudiyyətlərin aradan qaldırılması və Azərbaycan ərazisi vasitəsilə birbaşa ikitərəfli ticarətə şərait yaradılması qərarına görə Azərbaycan liderinə təşəkkürümü bildirirəm.

Modern.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.

O qeyd edib ki, Qazaxıstan müntəzəm olaraq Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər malları tədarük etməyə hazırdır.

"Biz bu istiqamətin gələcək inkişafı üçün bütün lazımi səyləri göstərməyə razılaşdıq. Prioritet vəzifələrdən biri iki ölkə arasında birbaşa hava əlaqəsinin açılması və hava yükdaşımalarının təşkilidir. Bu sahədə artıq konkret planlar var, tərəflər yaxın vaxtlarda bu planların həyata keçirilməsinə başlayacaqlar”, – Qazaxıstan Prezidenti bildirib.

Tokayevin sözlərinə görə, Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır. Qazaxıstan lideri vurğulayıb ki, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin qurulmasına əlverişli şərait yaradır.

“Biz həmçinin “Tramp marşrutu” layihəsində iştirak marağımızı təsdiqləyirik”, - Tokayev əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə