Modern.az

Türkiyə parlamenti İmralıda Öcalanla görüşmək QƏRARI VERDİ

Türkiyə parlamenti İmralıda Öcalanla görüşmək QƏRARI VERDİ

Dünya

21 Noyabr 2025, 17:53

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi deputatların PKK lideri Abdullah Öcalanın həbsxanada saxlandığı İmralı adasına göndərilməsi barədə qərar qəbul edib.

Modern.az bu barədə TRT-əy istinadən xəbər verir.

Qeyd olunur ki, 53 deputatdan 32-si lehinə, 30-u əleyhinə, 3-ü isə bitərəf qalıb. 

Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndə göndərməyəcəyini açıqlayıb. DEM partiyası bu qərarı kəskin tənqid edib.

Milliyyətçi Hərəkat Partiyası (MHP) İmralı səfəri ilə bağlı açıq səsvermə tələb edib. İclasa sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bunun bağlı qapılar arxasında keçirilməsinin vacibliyini vurğulayıb. AKP, MHP və DEM iclasın bağlı qapılar arxasında keçirilməsinə səs verib. Qərar qəbul edildikdən sonra CHP fraksiyası otağı tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə