ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Marjori Tayloq Qrin yanvar ayında istefa verəcəyini açıqlayıb.
Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
“5 yanvar ofisdə son günüm olacaq”, – deyə o, bəyanatında bildirib.
Qrinin qərarı ABŞ prezidenti Donald Tramp ilə açıq qarşıdurmadan sonra gəlib. Tramp onunla bağlı dəstəyini geri çəkib və konqresmeni “dəli” adlandırmışdı.
Qrin sosial şəbəkədə yazıb ki, “prezidentin təhqiramiz və nifrət dolu çıxışlarını qəbul edəcək qədər hörmətsiz deyil”.
Onun sözlərinə görə, Tramp indi seçkilərdə onu dəstəkləməyənləri ətrafına toplayır, əsl tərəfdarlarını isə kənarda saxlayır.
Qrin paylaşımında eyni zamanda bildirib ki, respublikaçıların 2026-cı ilin aralıq seçkilərində “böyük ehtimalla uduzacağı” qənaətindədir. Onun fikrincə, bu, Tramp üçün impiçment riski yarada bilər.