Modern.az

Ankarada qalmaqal - Mansur Yavaş barəsində istintaq qərarı VERİLDİ

Ankarada qalmaqal - Mansur Yavaş barəsində istintaq qərarı VERİLDİ

Dünya

22 Noyabr 2025, 13:18

Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) rəhbəri Mansur Yavaş və onun yaxın Nevzat Uzunoğlu barəsində istintaq aparılmasına razılıq verib.

Modern.az xəbər verir ki, istintaq Ankara Böyükşəhər Bələdiyyəsinin konsert xərclərində yeyinti və prosedur pozuntuları ilə bağlı irəli sürülən iddialarla əlaqədardır.

Ankara Respublika Baş Prokurorluğu konsert xidmətlərinin satın alınması ilə bağlı araşdırma zamanı ittiham aktı tərtib edildikdən sonra Yavaş və Uzunoğlu haqqında “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “nəzarət vəzifəsini yerinə yetirməmək” maddələri ilə bağlı istintaq icazəsi tələb etmişdi. Nazirliyin həmin tələbi təsdiqlədiyi bildirilib.

Baş Prokurorluğun araşdırmasına əsasən Daxili İşlər Nazirliyinin Mülki İnspektorları tərəfindən hazırlanan təhvil-təslim hesabatı, Maliyyə Monitorinqi İdarəsinin (MASAK) araşdırması, Hesablama Palatasının yoxlaması və müstəqil ekspert rəyləri ABB-də keçirilmiş 32 konsert xidmətinin satın alınması zamanı bələdiyyənin ümumilikdə 154 milyon 453 min 221 lirə məbləğində ziyana uğradıldığını ortaya çıxarıb.

23 sentyabrda keçirilmiş əməliyyat zamanı aralarında sabiq bələdiyyə vəzifəliləri və şirkət nümayəndələrinin də olduğu 14 nəfər saxlanılıb. Onlara “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “tenderə müdaxilə” ittihamları irəli sürülüb.

Onlardan 5 nəfəri məhkəmənin qərarı ilə həbs olunmuş, 9 nəfər isə məhkətin nəzarəti altında sərbəst buraxılmışdı.

Hazırlanan 59 səhifəlik ittiham aktı Ankara 34-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. İttiham olunan 14 şəxs barəsində 7 il 6 aydan 31 il 6 aya qədər həbs cəzası tələb olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?