Modern.az

“Bu axmaqlığa son qoymalıyıq” - Kiyevdəki amerikalı general

“Bu axmaqlığa son qoymalıyıq” - Kiyevdəki amerikalı general

Dünya

22 Noyabr 2025, 13:35

ABŞ ordusunun general Daniel Driskoll Kiyevə gətirdiyi “sülh planı” ilə bağlı keçirilən görüşdə qalmaqala səbəb olub.

Modern.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, Driskoll tədbirə gecikib və iclas zamanı bir neçə dəfə kobud ifadələr işlədib.

Görüş 21 noyabrda ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devisin Kiyevdəki mənzilində baş tutub. Burada ABŞ rəsmiləri ilə yanaşı, Ukrayna və Avropa İttifaqı nümayəndələri də iştirak edib.

Məlumata görə, Driskoll müzakirələr zamanı bir neçə dəfə qeyri-etik ifadələrdən istifadə edib: “Bu axmaqlığı bitirməliyik.”

Görüşdə iştirak edən Avropa rəsmilərindən biri FT-yə bildirib ki, ABŞ generalının tonu “iyrənc dərəcədə aqressiv” olub və müzakirə qısa müddətdə dalana dirənib.

Aparıcı beynəlxalq KİV-lər Donald Trampın təqdim etdiyi “sülh planı”nı sərt tənqid edir. Media yazır ki, bu sənəd Ukraynaya verilməsi nəzərdə tutulan kreditin ayrılmasını təhlükəyə atır və ümumilikdə “1990-cı illərin mafiya üslublu razılaşması”na bənzəyir.

Driskoll görüşdə bildirib ki, Vaşinqton Ukrayna və Avropa tərəfinin gözləntilərinə uyğun gəlmək üçün “xüsusi çeviklik” nümayiş etdirmək niyyətində deyil.

Avropa rəsmilərindən biri FT-yə deyib: “Görüşün ab-havası o qədər ağır idi ki, ona qulaq asmaq belə xoş deyildi.”

Sülh planının detallarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?