Britaniya şahzadəsi Diananın şəxsi modelyeri Pol Kostello 80 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu haqda “The Independent” məlumat yayıb.
Onun moda brendi “Paul Costelloe Collections” təsisçisinin ölümünü təsdiqləyərək əlavə edib ki, dizayner uzunsürməyən bir xəstəlikdən sonra ailəsinin əhatəsində dünyasını dəyişib.
Kostello 1983-cü ildən 1997-ci ilə qədər Şahzadə Diana ilə əməkdaşlıq edib.
Dizayner həmçinin “British Airways” və “Delta Airlines” üçün korporativ formalar hazırlayıb və İrlandiya Olimpiya komandasını geyindirib.