Atəşkəs pozulduğuna görə Hizbullah və HƏMAS-a zərbələr endirməyə davam edəcəyik.
Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Biz bir neçə cəbhədə terrorizmə zərbələr endirməyə davam edirik. Bu həftə sonu ordu Livanda zərbələr endirib və Hizbullahın bizi təhdid etmək qabiliyyətini bərpa etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik.
HƏMAS atəşkəsi pozmağı dayandırmayıb və biz də buna uyğun hərəkət edirik. Onlar sarı xətdən kənar ərazimizə soxulmaq və əsgərlərimizə zərər vermək üçün bir neçə cəhd göstəriblər. Bunların qarşısını güclə aldıq və bir çox terrorçu məhv edildi və Rəfahdakı tunellərdən də terrorçular ələ keçirildi”, - Netanyahu vurğulayıb.