Modern.az

Fransızlar Makrondan çox narazıdır

Fransızlar Makrondan çox narazıdır

Dünya

23 Noyabr 2025, 21:24

Fransa Prezidenti Emmanuel Makronun siyasətinə dəstək ikinci ay ardıcıl olaraq 16% səviyyəsində qalıb.

Modern.az xəbər verir ki, "Ifop" institutunun “Le Journal du Dimanche” üçün apardığı sorğuya görə, bu göstərici Makronun 2017-ci ildən bəri prezidentliyi dövründə ən aşağı rəqəmdir və onun reytinqi artıq Fransua Ollandın 13%-lik tarixi antirekorduna yaxınlaşıb.

Sorğu, həmçinin Makronla bağlı çox kəskin narazılıq artımını göstərir: respondentlərin 56%-i prezidentdən “çox narazıdır”. Ifop-un baş direktoru Frederic Dabi bildirib ki, fransızların gözündə Makronun “son dərəcə neqativ obrazı” formalaşıb.

Baş nazir Sebastyan Lekornunun dəstəyi də son bir ayda 4 faiz azalaraq 34%-ə düşüb. Tədqiqatçılar bunu prezidentə qarşı ümumi narazılıq atmosferinin hökumətin digər nümayəndələrinə də “sirayət etməsi” ilə izah edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?