Modern.az

Azərbaycanla sülhə qarşı çıxan hər kəs alçaqdır! - Bakıdan qayıdan erməni

Azərbaycanla sülhə qarşı çıxan hər kəs alçaqdır! - Bakıdan qayıdan erməni

Dünya

24 Noyabr 2025, 15:20

“Həm Ermənistanda, həm də müəyyən dərəcədə Azərbaycanda qəzəb, inamsızlıq və kin hökm sürür. Bu, 35 illik müddətdə belə dərinlikdə düşmənçilik, nifrət tamamilə təbiidir. Ermənistan-Azərbaycan münaqişəsi bu cür hadisələrin baş verdiyi yeganə münaqişə deyil. Lakin müəyyən dərəcədə nifrət səviyyəsi və düşmənçilik yaranması baxımından unikaldır. Və bu məsələləri həll etmək və hissləri aradan qaldırmaq üçün hələ çox iş görməliyik”.

Modern.az xəbər verir ki, bunu 21-22 noyabr tarixlərində "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycana səfər edən Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Areq Koçinyan 24 noyabrda jurnalistlərlə görüşdə bildirib.

"Azərbaycanlı ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda olanda bir çoxlarının əvvəlki bəyanatlarını və çıxışlarını xatırlayaraq "Bunlar sülh qurucularıdırmı?" dediyini gördük. Demək istəyirəm ki, eyni şey bizim də başımıza gəldi. Əvvəlki bəyanatlarımız və hərəkətlərimiz yayıldı və insanlar deyirdilər: "Bəs bu insanlar bizimlə sülh qurmağa gəliblərmi?"
İndi “qırmızı xətt” çəkmək və ondan kənara çıxmaq imkanımız var. Başqa sözlə, əgər keçmişə qayıdıb kimin nə dediyini, kimin nə etdiyini və kimin necə davrandığını hesablasaq, bunun çıxılmaz bir sonluq olacağı qənaətinə gələrdik. Bu baxımdan qeyd etməliyəm ki, bu məsələdə azərbaycanlı tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlaşma mövcuddur. Müxtəlif siyasi xadimlər bu qəzəbdən, məyusluqdan, inamsızlıqdan və müəyyən dərəcədə qorxudan hər cür istifadə etməyə çalışırlar ki, bundan öz siyasi məqsədləri üçün yararlansınlar. Bu da mənim fikrimcə, olduqca iyrənc hərəkətdir. Mənim fikrimcə, Ermənistanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sülh prosesinə qarşı çıxan hər kəs ya xarici agent, ya alçaq, ya da nədən danışdığını bilməyən siyasətdən kənar bir axmaqdır", - deyə Koçinyan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı