Türkiyə parlamentinin AKP, MHP və DEM partiyalarının nümayəndələrindən ibarət nümayəndə heyəti bu gün İrmalı adasında PKK lideri Abdullah Öcalanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı TBMM-in (Türkiyə Böyük Millət Məclisi) mətbuat xidməti yayıb.
Rəsmi açıqlamada bildirilib ki, Öcalanın “ətraflı ifadələri alınıb” və görüşün nəticələri “ictimai bütünləşmə, qardaşlığın möhkəmləndirilməsi və bölgəyə dair perspektivin müsbət istiqamətdə inkişafı baxımından faydalı” qiymətləndirilib.
TBMM-nin məlumatına görə, müzakirələr əsasən Öcalanın: 27 fevralda etdiyi “sülh və demokratik toplum çağırışı”, PKK-nın özünü buraxması və silahı tərk etməsi ilə bağlı müzakirələr, Suriyada 10 mart razılaşmasının həyata keçirilməsi üzərində cəmləşib. Bu mövzularla bağlı Öcalana bir sıra suallar ünvanlanıb və cavablar qeydə alınıb.
Nümayəndə heyətində aşağıdakı şəxslər yer alıb:
AKP – Hatay millət vəkili Hüseyn Yayman
MHP – İstanbul millət vəkili Fəti Yıldız
DEM Parti – Qars millət vəkili Gülistan Kılıç Koçyiğit
Prosesin növbəti mərhələsinə dair əlavə məlumatların yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.