ABŞ prezidenti Donald Tramp Şükran Günü münasibətilə ənənəvi olaraq iki hinduşkanı “əfv edib”.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qərara əsasən, “Kurlıka” və “Vixlyun” adlı quşları “əfv olunub”.
Ağ evin mətbuat xidməti sosial şəbəkədə hinduşkaların videosunu paylaşaraq “Kurlıka və Vixlyunu qarşılayın” sözlərini yazıb.
ABŞ-da prezidentin Şükran Günü üçün hinduşqanı “əfv etməsi” mərasimi 1963-cü ildən - Con Kennedinin dövründən başlayıb. Həmin il Kennedi Milli Hinduşqa İstehsalçıları Federasiyası tərəfindən Ağ evə göndərilən quşun həyatının bağışlanması barədə qərar verib.
Şükran Günü noyabrın dördüncü cümə axşamı qeyd olunan ənənəvi məhsul bayramıdır. Hinduşqa isə həmin günün əsas yeməyi hesab olunur.
“Əfv edilən” hinduşqalar üçün hər il zarafatla bioqrafiyalar hazırlanır. Məlumata görə, bu il Vixlyun öz ştatının idman komandası üçün talisman olmaq istəyir, Kurlıka isə biskvitləri çox sevir.