Modern.az

KTMT-nin yeni baş katibi məlum oldu

KTMT-nin yeni baş katibi məlum oldu

Dünya

25 Noyabr 2025, 08:59

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsində çalışan Taalətbek Masadıkov 2026-cı il yanvarın 1-dən etibarən qurumun yeni rəhbəri olacaq.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya, Qırğızıstan, Belarus və Tacikistan liderləri cümə axşamı Bişkekdə keçiriləcək KTMT sammitində iştirak edəcəklər. Ermənistan bu dəfə də toplantıda iştirak etməyəcək.

Uşakov jurnalistlərə bildirib ki, KTMT-nin baş katibi Tasmaqambetov sessiyada iştirak edəcək; o bu vəzifəni 1 yanvar tarixindən etibarən tərk edəcək.

Y.Uşakov əlavə edib ki, Qırğızıstanın nümayəndəsi və hazırda KTMT baş katibinin müavini vəzifəsində çalışan Masadıkov Tasmaqambetovu əvəz edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!