Modern.az

Türkiyədə məhkəmə binasında PARTLAYIŞ - VİDEO

Türkiyədə məhkəmə binasında PARTLAYIŞ - VİDEO

Dünya

25 Noyabr 2025, 16:53

Türkiyənin Şanlıurfa bölgəsinin Haliliye rayonundakı məhkəmə binasında partlayış baş verib.

Modern.az xəbər verir ki, ilkin məlumatlara görə, məhkəmə binasının anbarında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə çoxsaylı polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib. Təhlükəsizlik qüvvələri ərazidə tədbirlər görüb, hadisə yeri müstəntiqləri isə partlayışın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıblar.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU