Modern.az

Ukrayna ABŞ-nin şərtləri ilə RAZILAŞDI

Ukrayna ABŞ-nin şərtləri ilə RAZILAŞDI

Dünya

25 Noyabr 2025, 17:18

Ukrayna ABŞ tərəfindən təklif olunan sülh planının şərtləri ilə razılaşıb.

Modern.az xəbər verir ki, bu barədə “ABC News” anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“Ukraynalılar sülh planı ilə razılaşıblar. Bəzi kiçik detallar həll edilməmiş olaraq qalır, amma ümumilikdə onlar buna razılıq veriblər”, - mənbə bildirib.

Qeyd edək ki, hazırda Əbu-Dabidə ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna sülh razılaşması ilə bağlı danışıqlar gedir. Bundan əvvəl ABŞ tərəfindən təklif olunan 28 maddəli planın müddəalarının 19-a endirildiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU