Modern.az

Sülh danışıqlarında ciddi irəliləyiş var

Sülh danışıqlarında ciddi irəliləyiş var

Dünya

25 Noyabr 2025, 20:43

“Ukrayna münaqişəsinin həlli üçün qalan məsələlərlə bağlı Moskva, Kiyev və Vaşinqton arasında danışıqlara ehtiyac var”.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, son bir həftə ərzində ABŞ həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masasına gətirərək sülh istiqamətində ciddi irəliləyiş əldə edib: 

 

“Bir neçə incə məsələ qalır. Onların həlli üçün Rusiya, Ukrayna və ABŞ arasında əlavə müzakirələr lazım olacaq”.

 

Qeyd edək ki, ABŞ daha əvvəl Ukrayna münaqişəsinin həlli üçün yeni plan üzərində çalışdığını açıqlamışdı.

 

Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri bu planla bağlı məsləhətləşmələr aparıblar.

 

ABŞ dövlət katibi Marko Rubio həmin görüşü münaqişə tarixində “ən məhsuldar” görüş adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır