ABŞ Prezidenti Donald Tramp arıqlamaq istədiyini açıqlayıb.
Modern.az-ın məlumatına görə, Tramp jurnalistlərlə söhbətində zarafatla bildirib ki, yaxın vaxtlarda çəki azaltmağı planlaşdırır, lakin bu, Şükranlıq Günündən əvvəl baş verməyəcək:
“Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükranlıq Günündə yox. Çünki hinduşka yeyəcəyəm”, – deyə ABŞ prezidenti bildirib.
Rəsmi tibbi müayinələrin nəticələrinə görə, Trampın çəkisi 107 kiloqram, boyu isə 190 santimetrdir. ABŞ lideri heç vaxt fastfud sevər olduğunu gizlətməyib, o, xüsusilə burger, kartof fri və qazlı içkilərə üstünlük verir.
ABŞ-da Şükranlıq Günü 27 noyabr tarixində qeyd olunacaq.