Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi plan 28 maddədən 22-yə endirilib.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Bu barədə o, Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə açıqlama verib.
Tramp vurğulayıb ki, əvvəlki sənəd “tam formalaşmış plan deyil, sadəcə sxem və konsepsiya” olub.
O, Ukraynanın planı Şükran Gününə qədər qəbul etməsi üçün irəli sürdüyü müddətdən geri çəkilib. Tramp deyib ki, ABŞ-ın Rusiya və Ukrayna ilə apardığı danışıqlarda “irəliləyiş əldə olunub” və Moskva müəyyən güzəştlərə razılıq verib. Prezident bu güzəştlərin detalları barədə açıqlama verməyib.
Tramp həmçinin qeyd edib ki, hazırkı mərhələdə Rusiyanın cəbhədə üstünlük əldə etdiyini düşünür və bu səbəbdən Ukraynanın razılaşma əldə etməsi “ölkənin xeyrinə olardı”.
Onun sözlərinə görə, yaxın aylarda bəzi Ukrayna əraziləri Rusiya tərəfindən ələ keçirilə bilər.
28 maddəlik planın tam mətni ilə tanış olmaq üçün bu linkə keçid edin.