Modern.az

Tramp xüsusi elçilərini Moskva və Kiyevə göndərir

Tramp xüsusi elçilərini Moskva və Kiyevə göndərir

Dünya

26 Noyabr 2025, 09:12

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün xüsusi nümayəndəsi Stiv Uitkoffu Moskvaya göndərdiyini açıqlayıb.

Modern.az xəbər verir ki. Tramp bunu sosial media platforması Truth Social-da yazıb.

"Mən xüsusi nümayəndəm Stiv Uitkoffa Moskvada Prezident Putinlə görüşməyi tapşırdım, ordu naziri Den Driskol isə ukraynalılarla görüşəcək", - deyə Tramp bildirib.

Amerika lideri əlavə edib ki, Ukraynadakı münaqişənin həlli üçün danışıqların ilkin 28 bəndlik planı yekunlaşdırılıb və yalnız bir neçə fikir ayrılığı sahəsi qalıb.

Tramp həmçinin Rusiya və Ukrayna prezidentləri ilə yalnız müharibənin sona çatması barədə razılaşma qəti olduqda və ya son mərhələdə olduqda şəxsən görüşmək niyyətində olduğunu vurğulayıb:

"Prezident Zelenski və Prezident Putinlə tezliklə görüşməyi səbirsizliklə gözləyirəm, amma bu görüş yalnız müharibənin sona çatması barədə razılaşma qəti və ya son mərhələdə olduqda baş tutmalıdır. Ümid edirəm ki, sülh tezliklə əldə ediləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ