Modern.az

Türk deputatların Öcalanla görüşünün YENİ DETALLARI

Türk deputatların Öcalanla görüşünün YENİ DETALLARI

Dünya

26 Noyabr 2025, 10:38

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası üzvlərinin PKK lideri Abdullah Öcalanla görüşü barədə yeni detallar ortaya çıxıb.

Modern.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Hüseyn Yayman, DEM partiyasından Gülistan Kılıç Koçyiğit və MHP-dən Feti Yıldız noyabrın 24-də İmralı Adasına gedərək Öcalanla 2 saat 50 dəqiqəlik görüş keçirib.

Deputatlar görüş İstanbuldan helikopterlə gedib və söhbət səs yazısı ilə rəsmi şəkildə protokollaşdırılıb. Üzvlər şəxsi qeydlərini də aparıblar.

Məlumata görə, görüş zamanı foto və video çəkiliş aparılmayıb, Öcalanla birlikdə foto çəkdirilməyib. Komissiya üzvləri əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə məclis adından rəsmi protokol tərtib etdikləri üçün təhlükəsizlik orqanlarının nümayəndələri prosesdə iştirak etməyib.

Öcalanın Türkiyə və regionla bağlı daha əvvəl səsləndirdiyi mövqeyi təkrar etdiyi, xüsusilə 27 fevralda PKK-ya etdiyi silahı yerə qoyma çağırışı çərçivəsində fikirlərini yenilədiyi bildirilir. PKK lideri prosesdə MHP sədri Dövlət Bağçalının rolunun önəmli olduğunu vurğulayıb və müxtəlif siyasi liderlərə təşəkkür edib.

Görüşdə əsas müzakirə mövzularından biri də CHP-nin İmralı heyətində iştirak etməməsi olub. Məlumatlara görə, Öcalan bu barədə “Kaş ki, CHP də olsaydı” mesajını verib.

Görüşdə həmçinin Suriya məsələsi də geniş qiymətləndirilib.

Komissiyanın növbəti iclasının 26 noyabrda keçirilməsi gözlənilsə də, TBMM rəhbərliyi toplantı tarixini hələ dəqiqləşdirməyib. Toplantının mətbuata açıq olub-olmayacağı da məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ