Modern.az

Paşinyan elektrik şirkətini Türkiyəyə satmaq istəyir

Paşinyan elektrik şirkətini Türkiyəyə satmaq istəyir

Dünya

26 Noyabr 2025, 20:44

Ermənistan hökuməti ölkənin əsas enerji infrastrukturunun Türkiyənin "Aksa Enerji" şirkətinə satılması ilə bağlı danışıqlar aparır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, “ Ermənistan Elektrik Şəbəkələri” (ENA) şirkətinin əvvəlki rəhbərliyinin vəzifədən kənarlaşdırılmasından sonra şirkətin idarəçiliyi müvəqqəti olaraq birbaşa Ermənistan Nazirlər Kabinetinin nəzarətinə verilib.

Mənbələrin bildirdiyinə görə, danışıqlar hələ iyunda - Ermənistan baş naziri Nikol Paşinyanın İstanbul səfəri zamanı başlanıb. Həmin səfər Paşinyanın Türkiyəyə ilk işgüzar səfəri idi və indi ekspertlər hesab edirlər ki, Baş nazir orada yalnız siyasi dialoqu deyil, strateji aktivlərin türk investorlarına satılmasını da müzakirə edib.

Məlumata görə, danışıqlara Ermənistan tərəfdən hakim “Mülki Müqavilə” partiyasının deputatı, iş adamı və Paşinyanın yaxın çevrəsinə daxil olan Xaçatур Sükiasyan rəhbərlik edir.

ENA-nın sabiq rəhbəri Samvel Karapetyanın “antihökumət fəaliyyətində” ittiham olunaraq həbs edilməsindən sonra şirkətin aktivlərinin dövlət nəzarətinə keçməsi prosesi sürətləndirilib. Ardınca ENA-nın ölkədaxili elektrik paylanması üzrə lisenziyası ləğv olunub ki, müşahidəçilər bunu şirkətin satışı üçün hüquqi maneələrin aradan qaldırılması kimi qiymətləndirirlər.

Türkiyə şirkətlərinə satış məsələsi yalnız enerji sektoruyla məhdudlaşmır. Mediaya sızan məlumatlara görə, Sükiasyan türkiyəli investorlarla Zəngəzur Mis-Molibden Kombinatı da daxil olmaqla bir sıra strateji müəssisələrin mümkün satışı barədə də məsləhətləşmələr aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ