Modern.az

Qalmaqallı söhbət "Whatsapp"da olubmuş

Qalmaqallı söhbət "Whatsapp"da olubmuş

Dünya

26 Noyabr 2025, 20:56

"Qapalı kanallar ilə aparılan diplomatik təmaslardan sonra məlumat sızmır, amma görünür kimsə "WhatsApp" mesencerindəki söhbətlərə hər hansı bir şəkildə qulaq asa bilir".

Modern.az xəbər verir ki, bu sözləri "Kommersant" nəşrinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefon danışığının stenoqrammasının mətbuata sızmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, məlumat sızmasının söhbət iştirakçılarından qaynaqlandığını təxmin etmək çətindir:

"Müzakirə etdiyi məsələ barədə məlumat verən tərəfdaşla heç kəs əməkdaşlıq etməz. Ya da bu, etimadın göstərilmədiyi söhbət olacaq".

Xatırladaq ki, "Bloomberg" agentliyi oktyabrın 14-də Uitkoff və Uşakov arasında baş tutmuş söhbətin stenoqrammasını dərc edib. Onlar Rusiya və ABŞ liderləri arasında telefon danışığının Ukraynadakı münaqişənin həllinə necə kömək edə biləcəyini müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ