İndoneziyanın Şimali Sumatra əyalətinin qərb sahillərində 10 km dərinlikdə 6,5 maqnitudalı zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın Seysmologiya və Meteorologiya Agentliyi məlumat yayıb.
"Şimali Sumatranın qərb sahillərində baş verən zəlzələnin maqnitudası - 6,5, dərinliyi - 10 km olub", - məlumatda bildirilib.
Zəlzələnin qurbanları və ya vurduğu ziyanla bağlı məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.