Ermənistan parlamentinin sədri Alen Simonyan özünün Facebook səhifəsində 2020-ci ildə baş verən 44 günlük müharibə ölən ermənilərin sayını yazıb.
Modern.az xəbər verir ki, A.Simonyan həmin vaxt müharibənin 3833 erməninin (o cümlədən 78 mülki şəxs və 3755 hərbçinin) həyatına son qoyduğunu bildirib.
Simonyan qeyd edib ki, 191 nəfərin (o cümlədən 172 hərbçi və 19 mülki şəxsin) harada olduğu məlum deyil.