Modern.az

Navalninin fondu terrorçu elan edildi

Navalninin fondu terrorçu elan edildi

Dünya

27 Noyabr 2025, 18:47

Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb. 

Modern.az xəbər verir ki, Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.

Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.

Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı