Modern.az

Tramp xanım həmkarı ilə görüşəcək

Tramp xanım həmkarı ilə görüşəcək

Dünya

27 Noyabr 2025, 23:19

Meksika Prezidenti Klaudiya Şeynbaum gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşə bilərlər.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib. O, bu görüşün gələn həftə Vaşinqtonda keçiriləcək 2026-cı il Dünya Kubokunun püşkatma mərasimində baş tuta biləcəyini bildirib.

 

Şeynbaum deyib ki, ABŞ Prezidenti və Kanadanın Baş naziri Mark Karninin 5 dekabr püşkatma mərasimində iştiraklarını təsdiqləməsini gözlədikdən sonra özü gedib-getməyəcəyi ilə bağlı qərar verəcək.

 

"Hələ qərar verilməyib. Mən yaxın vaxtlarda Prezident Trampla danışmamışam. Görüşün baş tutub-tutmayacağını görəcəyik.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı