Modern.az

Böcek ailəsinin ölüm səbəbi MƏLUM OLDU

Böcek ailəsinin ölüm səbəbi MƏLUM OLDU

Dünya

27 Noyabr 2025, 23:31

İstanbul Prokurorluğu Almaniyanın Hamburq şəhərindən gələn türk ailənin ölüm səbəbi ilə bağlı ilkin nəticələri açıqlayıb.

Modern.az xəbər verir ki, Prokurorluğun məlumatına görə, ailənin ölümünə hoteldə zərərvericilərlə mübarizə üçün istifadə olunan insektisiddən yayılan zəhərli qaz səbəb olub.

İlkin ehtimallar arasında göstərilən qida zəhərlənməsi təsdiqlənməyib. Eyni zamanda ailənin hər hansı xəsarət nəticəsində öldüyünü də göstərən əlamətlər müəyyən edilməyib.

Türkiyə mediasının yazdığına görə, məhkəmə-tibbi ekspertiza hotel otağında və dəsmallarda fosfin qazı aşkarlayıb. Bu maddə adətən alüminium fosfid adlı insektisidin su və ya rütubətlə təmasından yaranır və yüksək toksikliyə malikdir. Fosfin məməli orqanizmlərinin hüceyrələrinə ciddi zərər vurur, qanda oksigen daşınmasını pozur və yüksək konsentrasiyada ölümcül hesab olunur.

Hamburqdan İstanbula səfər edən Böcək ailəsi noyabrın 12-də qusma və halsızlıq şikayətləri ilə hotelindən xəstəxanaya aparılmış, ilkin müayinə sonrası evə buraxılmışdı. Lakin gecə saatlarında 3 və 6 yaşlı uşaqların vəziyyəti kəskin pisləşib və ailə yenidən xəstəxanaya yerləşdirilib. Uşaqlar 13 noyabrda, bir gün sonra anaları, daha sonra isə ailənin atası dünyasını dəyişib.

Hadisə ilə bağlı hotel sahibi və zərərvericilərlə mübarizə aparan şirkətin rəhbəri də daxil olmaqla 6 nəfər saxlanılıb və hazırda istintaq təcridxanasında saxlanılır. Dörd digər şübhəli isə azadlığa buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı