Ağ Ev ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşneri Ukrayna danışıqlarına fəal şəkildə cəlb etməyə başlayıb.
Modern.az-ın məlumatına görə, "Financial Times" mənbələrinə və ekspertlərə istinadən yazır ki, o, tezliklə xüsusi elçi Steven Uitkoffu əvəz edə bilər .
Məqalədə qeyd olunur ki, Kuşner uzun müddət qayınatasının ən çətin diplomatik missiyalarını yerinə yetirib.
Trampın birinci dövründə Kuşner prezidentin ərəb dövlətləri ilə İsrail arasında münasibətləri normallaşdırmaq səylərinə rəhbərlik edib. Bu yaxınlarda o, Qəzzada İsrail və HƏMAS arasında razılaşmanın əldə olunmasına kömək etmək üçün çağırılıb.