Modern.az

Zelenskinin “sağ əli”nin evində axtarış APARILIR

Zelenskinin “sağ əli”nin evində axtarış APARILIR

Dünya

28 Noyabr 2025, 11:10

Ukrayna hüquq-mühafizə orqanları Yermakın mənzilində axtarış aparılmasını təsdiqləyib.

Modern.az xəbər verir ki, axtarışın istintaq çərçivəsində aparıldığı bildirilib.

Məsələ ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.

Mətbuat yazır ki, axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.

***

10:34

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) Prezident Volodimir Zelenskinin yaxın adamı hesab edilən Yermakın evində axtarışlara başlayıb.

Digər mənbələr hələlik bu məlumatı təsdiqləməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada