Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu ilə görüş keçirib və görüşün videoyazısını özünün sosial şəbəkə hesabında yayımlayıb.
Modern.az-ın məlumatına görə, daha əvvəl Ermənistan Apostol Kilsəsinin bir qrup yüksək vəzifəli ruhanisi Eçmiədzin Kilsəsinin Kanselariya rəhbəri Arşak Xaçatryanın hərəkətlərini ört-basdır etməyə cəhd göstərən bütün ermənilərin katolikosu II Qareginin hərəkətsizliyinə etiraz edən bəyanat yaymışdılar.
Həmin bəyanatda ruhanilər arxiyepiskop Arşakdan Eçmiədzin kilsəinin rəhbərliyindən istefa verməyi tələb ediblər.
Paşinyanla görüşən keşişlər Baş nazirin tələblərində haqlı olduğunu bildiriblər.
Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu deyir.