Latviya Kiyevə 42 ədəd “Patria” zirehli transportyorunun tədarükünü başa çatdırıb.
Modern.az xəbər verir ki, Baltikyanı respublikanın xarici işlər naziri Bayba Braje bu barədə özünün sosial media hesabında yazıb. “Latviya Ukrayna ordusuna 42 ədəd “Patria” 6x6 zirehli transportyorunun tədarükünü başa çatdırıb”, - deyə nazir bildirib. Onun sözlərinə görə, zirehli transportyorların tədarükü Latviyanın hər il ümumdaxili məhsulunun 0,25 faizini Ukraynaya hərbi yardım üçün ayırmaq öhdəliyini təsdiqləyir.
Qeyd edək ki, 2019-cu ildə Finlandiya və Latviya müasir zirehli transportyorların hazırlanması üçün müştərək proqrama başlayıblar. Proqramda, həmçinin İsveç və Almaniya da iştirak edir. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, layihə çərçivəsində Helsinki 164, Latviya 250-dən çox, İsveç isə ümumilikdə 321 zirehli transportyor sifariş verib.