Modern.az

Ermənistanda iki hərbçi MİNAYA DÜŞDÜ

Ermənistanda iki hərbçi MİNAYA DÜŞDÜ

Dünya

28 Noyabr 2025, 13:57

Ermənistan ordusunun iki hərbi qulluqçusu minaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə  Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iki MAXE Basarkeçər bölgəsində xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə və xidməti vəzifələrini yerinə yetirmədikləri zaman xəsarət alıblar.

"Onların həyatı üçün təhlükə yoxdur. Aidiyyəti orqanlar tərəfindən müvafiq araşdırmalar aparılır", - məlumatda deyilir.

Yerli mətbuat yazır ki, əsgərlərdən birinin əli və ayağından yaralanıb, bir əlinin barmaqları kəsilib. Digərinin ayağı amputasiya edilib.

Sizə yeni x var
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"