Ermənistan parlamentinin sədri Alen Simonyanın 44 günlük müharibədə ölən və itkin düşənlərin sayı ilə bağlı açıqladığı rəqəmlər erməni cəmiyyətində müzakirələrə səbəb olub.
Modern.az-ın məlumatına görə, A.Simonyan rəqəmlərin mübahisələndirilməsilə razılaşmayıb.
"Bu rəqəmlər Ermənistanın İstintaq Komitəsindən götürülüb. Bəziləri bu rəqəmləri mübahisələndirməyə çalışır. Bilirəm ki, kimlərsə ermənilərin əzablarından istifadə edərək öz siyasi məqsədlərinə çatmağa çalışırlar", - deyə o bildirib.
Simonyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan da parlamentdə bu rəqəmləri kiçik bir fərqlə qeyd edib.
"Fərq 1200 deyildi. Rəqəmlər yenidən dəyişə bilər, çünki 191 nəfər itkin düşüb. Allah qoysa, hamısı möcüzəvi şəkildə tapılar və geri qaytarılar", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Alen Simonyan 2020-ci ildəki 44 günlük müharibədə 3833 nəfərin öldüyünü bildirib.
Müxalifətdən olan bəzi siyasətçilər Simonyanı rəqənləri azaltmaqda ittiham ediblər.