Modern.az

Putin Orbanla görüşdü - Rusiya-ABŞ sammitinin yeri açıqlandı

Putin Orbanla görüşdü - Rusiya-ABŞ sammitinin yeri açıqlandı

Dünya

28 Noyabr 2025, 16:04

Moskvanın Budapeştlə münasibətləri bütün çətinliklərə baxmayaraq inkişaf edir.

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Macarıstanın Baş naziri Viktor Orbanla Moskvada keçirdiyi görüşündə bildirib.

O, Rusiyanın Orbanın Ukrayna məsələsindəki balanslı mövqeyindən xəbərdar olduğunu vurğulayıb.

Putin Rusiya ilə ABŞ arasında danışıqların Budapeştdə sammitə gətirib çıxara biləcəyi ehtimalını istisna etməyib.

Rusiya Prezidenti əlavə edib ki, Budapeştdə belə bir sammitin keçirilməsi ideyası Trampındır.

"O deyib ki, sizin də, bizim də Macarıstanla yaxşı münasibətlərimiz var. Ona görə də Tramp görüş yeri kimi Budapeştki təklif edib", - deyə Putin qeyd edib.

Orban öz növbəsində Ukrayna ilə bağlı danışıqlar üçün platforma təmin etməyə hazır olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"