Modern.az

Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü

Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü

Dünya

28 Noyabr 2025, 17:25

Tacikistan–Əfqanıstan sərhədində silahlı şəxslərin hücumu nəticəsində Çinin üç vətəndaşı həlak olub, biri yaralanıb.

Hücum zamanı atıcı silahdan və qumbara ilə doldurulmuş drondan istifadə edildiyi bildirilir.

Modern.az xəbər verir ki, Tacikistan rəsmiləri hücumu “qonşu ölkədən fəaliyyət göstərən cinayətkar qrupların” əməli kimi qiymətləndirib.

XİN hadisəni “terror aktı” adlandıraraq Əfqanıstan hakimiyyətini sərhəddə təhlükəsizliyə nəzarəti gücləndirməyə çağırıb.

Çinin Tacikistandakı səfirliyi ölənlərin şəxsiyyətini təsdiqləyib və bütün Çin vətəndaşlarına sərhədyanı zonanı tərk etmək barədə təcili tövsiyə verib.

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu