Modern.az

ABŞ Donbası Rusiyaya verir?

ABŞ Donbası Rusiyaya verir?

Dünya

28 Noyabr 2025, 18:24

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün Rusiyanın Krım və digər işğal etdiyi ərazilər üzərində nəzarətini tanımağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri iddia edib.

Məlumata görə, bu məqsədlə Tramp xüsusi emissarı Stiv Uitkofu və kürəkəni Cared Kuşneri Moskvanıa göndərib.

Nəşrin yazdığına görə, xüsusi nümayəndələrin və Kuşnerin missiyası Rusiya prezidenti Vladimir Putinə birbaşa təklif təqdim etməkdir. Sözügedən plan ABŞ diplomatiyasında yaratdığı presedent baxımından ciddi müzakirələrə səbəb olub və Avropanın narahatlığına baxmayaraq, reallaşma ehtimalı yüksək qiymətləndirilir.

Mənbələrdən birinin sözlərinə görə, Vaşinqtonun Avropanın mövqeyinə önəm vermədiyi açıq görünür: “Amerikalılar deyir ki, avropalılar istədiklərini edə bilərlər.”

Rusiya prezidenti Vladimir Putin də cümə günü bildirib ki, Krımın, Donetsk və Luqansk vilayətlərinin ABŞ tərəfindən hüquqi tanınması Tramp administrasiyasının təqdim etdiyi sülh planı üzrə danışıqların əsas elementlərindən biri olacaq.

Kremlin məlumatına görə, Moskva ötən həftə Cenevrədə ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən təcili görüşdən sonra yenilənmiş sülh strategiyasını əldə edib.

İlkin 28 maddədən ibarət plan Stiv Uitkofun rusiyalı rəsmilərlə keçirilən müzakirələrdən sonra hazırlanıb. Həmin sənəddə ABŞ-ın Krım, Donetsk və Luqanskın “de-fakto” Rusiya ərazisi kimi tanınması təklif olunurdu.

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu