Modern.az

Zelenskinin "sağ əli" istefa verdi

Zelenskinin "sağ əli" istefa verdi

Dünya

28 Noyabr 2025, 19:33

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsini ölkə başçısı Volodimir Zelenskiyə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski ənənəvi axşam müraciətində bildirib.

 

"Ukrayna Prezidenti Administrasiyası yenidən işə salınacaq. Administrasiyanın rəhbəri Andrey Yermak istefa ərizəsi verib. İstəyirəm ki, heç bir şayiə və ya fərziyyə olmasın. Administrasiyanın yeni rəhbəri ilə bağlı sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", - deyə o bildirib.

 

Qeyd edək ki, son günlərdə Yermakın adı korrupsiya qalmaqalında hallanıb. Onun evində axtarış aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada