Modern.az

Rusiya Kiyevi vurdu: ölən və yaralananlar artıb - YENİLƏNİB

Rusiya Kiyevi vurdu: ölən və yaralananlar artıb - YENİLƏNİB

Dünya

29 Noyabr 2025, 13:21

Rusiyanın Kiyevə çoxkombinasiyalı zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, 19 yaralı şəhərin tibb müəssisələrinin stasionarlarına yerləşdirilib.

Hücum nəticəsində 2 nəfər həlak olub.

Noyabrın 29-na keçən gecədən səhərədək Rusiya ordusu Kiyevə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

***

Noyabrın 29-na keçən gecədən səhərədək Rusiya ordusu Kiyevə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 7 saatdan artıqdır davam edən hücum nəticəsində ölən və xəsarət alanlar var.

Kiyev Şəhər Hərbi Administrasiyasının komandiri Timur Tkaçenko bildirib hava hücumu zamanı azı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Paytaxtın müxtəlif ərazilərində 3 çoxmərtəbəli binada dağıntılar qeydə alınıb.

Dövlət Təcili Yardım Xidməti 3-ü uşaq olmaqla 52 nəfəri təxliyə edib.

Hazırda dağıntılar təmizlənir. Kiyevə və Ukraynanın bir çox bölgəsində hava həyəcanı davam edir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada