Sentyabr ayında süd vəzi xərçəngi diaqnozu qoyulan və təcili əməliyyat keçirdikdən sonra kimyaterapiya alan Rusiyanın RT teletekanalının rəhbəri Marqarita Simonyan yenidən efirə çıxıb.
Modern.az xəbər verir ki, M.Simonyan NTV-də yayımlanan "Ç.T.D." verilişində görünüb. Layihə onun əri Tiqran Keosayanın aparıcısı olduğu "Beynəlxalq pilorama" verilişini əvəz edir.
Jurnalist tamaşaçılara əvvəlcədən xəbərdarlıq edib ki, xərçəngin müalicəsi onun görünüşünə əhəmiyyətli dərəcədə təsir edib: "Saçlarım tökülüb. Verilişdə parik taxaraq çəkildim".
Verilişin dünən yayımlanan bölümündə Simonyan ilk dəfə öz saçlarına çox bənzəyən uzun qara parikdə görünüb.
M.Simonyan etiraf edir ki, kimyaterapiya ona ciddi zərbə vurub: o, vaxtının çox hissəsini evdə yataqda keçirir və oktyabr ayında ilk müalicə kursunu başa vurub. Onun sözlərinə görə, xəstəlik ərinin vəziyyətinin yaratdığı ağır stresslə əlaqəli ola bilər. Marqarita ərinin həyatının son həftələrini onun yanında keçirib, demək olar ki, heç vaxt xəstəxana otağından çıxmayıb.
Jurnalist əlavə edib ki, dayanmaq niyyətində deyil və sağlamlığı imkan verdiyi müddətcə işləməyə davam edəcək.
Rusiyanın əməkdar artisti, teleaparıcı və kinorejissor Tiqran Keosayan doqquz aylıq komadan sonra sentyabrın 26-da 60 yaşında ölüb.
M.Simonyan 9 ay komada qalan ərinin gzölərini açacağına böyük ümid bəsləsə də, möcüzə baş vermədi.
Marqarita Simonyan anti-Azərbaycan çıxışları ilə tanınır.