İndoneziyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 604-ə çatıb, 464 nəfərin axtarışı isə davam edir.
Modern.az xəbər verir ki, bu barədə İndoneziya hakimiyyəti məlumat yayıb.
Daha əvvəl hakimiyyət orqanları təbii fəlakət nəticəsində 593 ölüm hadisəsi barədə məlumat vermişdi.
"Təbii fəlakətlərin nəticələrinə ümumi baxış: 604 nəfər ölüb, 464 nəfər itkin düşüb, 2600 nəfər yaralanıb", - İndoneziyadakı Təbii Fəlakətlər üzrə Milli Agentlik bildirib.
3500 binanın ciddi şəkildə zədələndiyi və 580 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı dəqiqləşdirilib.
İndoneziya əyalətlərinin Şimali Sumatra, Açeh və Qərbi Sumatra əyalətlərində güclü yağışlar nəticəsində daşqın və torpaq sürüşmələri baş verib.