Modern.az

Makron Çinə ümid bağlayıb

Makron Çinə ümid bağlayıb

Dünya

1 Dekabr 2025, 18:09

Fransa Prezidenti Emmanuel Makron dekabrın 3-də başlayacaq Çin səfəri çərçivəsində Pekindən Ukraynada atəşkəsin əldə olunması üçün Rusiyaya təsir göstərməyi xahiş edəcək.

Modern.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM telekanalına açıqlama verib.

Makron 3–6 dekabr tarixlərində Çində səfərdə olacaq və bu, onun prezident kimi Çinə dördüncü rəsmi səfəridir.

Səfərin əsas məqsədi Pekinlə münasibətlərin yenilənməsi, həmçinin Çin lideri Si Cinpinin Moskva üzərində təsir imkanlarından istifadə edərək Ukraynada vəziyyətin yumşaldılmasına nail olmaqdır.

Nazir bildirib ki, Paris BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin atəşkəs üçün Rusiyaya təsir göstərə biləcəyinə ümid edir. “Biz hesab edirik ki, Çin Rusiyanı və xüsusən də prezident Vladimir Putini nəhayət atəşkəsə razı olmağa yönləndirə bilər”, – deyə Barro vurğulayıb.

Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə səfərdədir və Fransanın dövlət başçısı Emmanuel Makronla görüş keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...